Portuqaliya Sequndasında XXXII turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, 21 yaşadək futbolçulardan Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" "Akademika"nı qəbul edib. Oyun meydan sahiblərinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Matça start heyətdə başlayan Renat 54-cü dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub və komandasını pis vəziyyətdə qoyub. Həmin vaxt hesab 1:0 qonaqların xeyirinə olub.
Qeyd edək ki, 32 turdan sonra "Eştoril" 51 xalla 4-cü pillədə qərarlaşıb.
Fanat.Az