"Arsenal"ın çex qapıçısı Petr Çex karyerasını mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçında bitirəcək.
Fanat.Az xəbər verir ki, futbolçu bu barədə Avropa Liqasının yarımfinalında "Valensiya"ya qarşı keçirilən cavab oyunundan (4:2) sinra açıqlama verib.
"Elə anlar olur ki, sən yaxşı oyundan sonra evə gəlirsən və düşünməyə başlayırsan ki, davam etməyə dəyərmi? Mən bir il daha artıq oynamaqdansa, gücümün tam tükənməyinə iki il qalmış getməyə üstünlük verirəm. Mən "Arsenal" ilə finala çıxmağı arzu edirdim və bu da oldu. Cəsarət və soyuqqanlılıq göstərib, finalda daha yaxşı oyun sərgiləmək lazımdır. Mən hər mərhələni sonuncu oyunum kimi keçirmişəm. Şadam ki, sonuncu oyunum final olacaq" deyə Petr Çex bildirib.
Qeyd edək ki, karyerası ərzində Çexiyanın "Kmel Blşani", "Sparta", Fransanın "Renn" və İngiltərinin "Çelsi" klublarında çıxış etmiş Petr Çex 2015-ci ildə 14 milyon avroya "Arsenal"a transfer olunub.
Fanat.Az