Çox sayda bahalı avtomobilə sahib olan Kriştiano Ronaldo qarajına daha bir maşın əlavə edib.
Fanat.Az xəbər verir ki, "Yuventus"un ulduzu bu barədə "Instagram"da paylaşım edib. Onun yeni avtomobili "McLaren Senna” markasıdı.
İlk dəfə 2018-ci ildə təqdhim olunan bu marka avtomobil əfsanəvi "Formula-1” pilotu Ayrton Sennanın şərəfinə adlandırılıb. Onun qiyməti 1 milyon avrodan artıqdı.
Fanat.Az