Türkiyənin "Rizəspor" klubu baş məşqçisini dəyişib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Super Liqa klubu Okan Burukun başa çatan müqaviləsini yenilənməyib. O, ötən ilin sentyabrından Qaradəniz klubunu çalışdırırdı.
"Rizəspor"un prezidenti Hasan Kartal yerli mətbuata açıqlamasında yeni baş məşqçinin adını açıqlayıb. Prezident bildirib ki, yeni mövsümdə komandanı İsmayıl Kartal çalışdıracaq.
Qeyd edək ki, "Rizəspor" Super Liqada 2018/19 mövsümünü 11-ci pillədə başa vurub.
Fanat.Az