"Krılya Sovetov" 2019/20 mövsümü üçün Rusiya Premyer Liqasındakı yerini qoruyub.
Fanat.Az xəbər verir ki, Samara təmsilçisi I divizion klubu "Nijni Novqorod"la keçirdiyi pley-off mərhələsinin cavab oyununda 0:1 hesabı ilə yenilib. İlk görüşdə "Krılya Sovetov" 3:1 hesablı səfər qələbəsinə imza atdığı üçün iki oyunun nəticəsində Premyer Liqada qala bilib.
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev bu görüşdə də "Krılya Sovetov"un start heyətində yer alıb və sonadək oynayıb.
Fanat.Az