"Barselona" bu yay heyətinə 4 yeni futbolçu qatacaq.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo Deportivo" qəzeti məlumat yayıb. Bildirilib ki, Kataloniya müdafiənin mərkəzini, sol cinahını və hücum xəttini gücləndirmək niyyətindədi. Həmçinin Casper Silessenin mümkün gedişini nəzərə alan çempion qapıçı da transfer edə bilər.
"Barselona" müdafiənin mərkəzinə "Ayaks"dan Mattis de Liqt, hücuma "Atletiko"dan ayrılan Antoine Qrizmannı transfer etmək istəyir.
Qeyd edək ki, "Barselona" bundan əvvəl "Ayaks"dan Frenki De Yonqu heyətinə qatıb.
Fanat.Az