"Arsenal" iyunun 30-da müqaviləsi başa çatacaq 7 futbolçusu ilə yollarını ayırdığını bəyan edib.
Fanat.Az xəbər verir ki, London klubunu azad agent statusu altında tərk edəcək oyunçuların siyahısı belədi: Petr Çex, Ştefan Lixtştayner, Xulio Pleqesuelo, Koen Bremell, Aaron Remzi, Çarli Qilmor və Denni Velbek.
Qeyd edək ki, Çex "Çelsi"nin idman direktoru kimi fəaliyyət göstərəcək. Remzi isə karyerasını "Yuventus"da davam etdirəcək.
Fanat.Az