Bir müddətdi "Mançester Siti"dən ayrılacağı və A Seriyasına üz tutacağı, hətta "Yuventus"la anlaşdığı deyilən Pep Qvardiola səssizliyini pozub.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərənn işləmək üçün ən yaxşı yer olduğunu bildirib.
Bir məşqçi üçün ən yaxşı iş mühitinin İngiltərədə olduğunu deyən Qvardiola "Dünyada baş məşqçi olaraq işləmək üçün İngiltərədən yaxşısı yoxdu. Buranı İspaniya və Almaniya ilə müqayisə edə bilərəm. Digər ölkələrdə işləməmişəm, amma onlarda da vəziyyət eynidir. Əgər İtaliyaya getsəydim, orda da vəziyyət İspaniya ilə eyni olardı. Digər ölkələrdə uduzan zaman azarkeşlər tez səni fitə basır. Amma İngiltərədə dəstək verir" bildirib.
Fanat.Az