"Atletiko" Markos Lyorentenin transferini "Real"la razılaşdırıb.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi tibbi yoxlanışdan keçdikdən sonra onunla 5 illik müqavilə imzalanacaq. Bu barədə Madrid klubunun saytı məlumat yayıb.
Transferin "Atletiko"ya 40 milyon avroya başa gəldiyi bildirilir. Lyorente yarımmüdafiə ilə yanaşı, müdafiədə də oynaya bilir.
Fanat.Az