"Barselona" PSJ-dən ayrılmaq istəyən Neymarın qarşısına iki şərt qoyub.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu şərtlər yerinə yetiriləcəyi halda onun komandaya qayıtması üçün PSJ ilə danışıqlar başlayacaq.
İlk şərt Neymarın Kataloniya klubunun əleyhinə qaldırdığı məhkəmə iddiasıdı. Braziliyalı futbolçu PSJ-yə transfer olunduqdan sonra "Barselona"dan çempionluq mükafatlarının ödənilməsini tələb edərək iddia qaldırmışdı.
İkinci şərt isə ondan ibarətdi ki, Neymar mətbuat vasitəsi ilə "Barselona"ya dönmək istədiyini elan etməlidi.
Fanat.Az