Braziliyada keçirilən Amerika Kuboku-2019-da mübarizə davam edir.
Fanat.az xəbər verir ki, qruplarda III - sonuncu tura start verilib.
A qrupunda Boliviyaya qalib gəlib, Venesuela ilə heç-heçə edən Braziliya son turda Perunu darmadağın edərək qrup lideri kimi 1/4 finala yüksəlib.
Qrupun digər matçında isə Venesuela Boliviyaya qalib gələrək, qrup ikincisi kimi mübarizəni davam etdirib.
3-cü yeri tutan Perunun yoluna davam edib-etməməsi digər qruplardakı oyunların nəticəsindən asılıdır.
Amerika Kuboku-2019
A qrupu, III tur
Peru - Braziliya - 0:5
Kasemiro, 12; Firmino, 19; Everton, 32; Dani Alveş, 53; Villian, 90
Boliviya - Venesuela - 1:3
Justiniano, 82 - Maçis, 2, 55; Martines, 87
Fanat.az