Millimizin hücumçusu Ramil Şeydayevin forma geyindiyi "Krılya Sovetov” təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
Fanat.Az xəbər verir ki, Samara təmsilçisi bu məqsədlə Avstriyaya yollanıb. "Krılya Sovetov” iyulun 7-nə qədər bu ölkədə hazırlıq keçəcək və 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Şeydayevin komandası iyunun 29-da "Hayduk” (Xorvatiya), iyulun 6-da "Çelye” (Sloveniya), ertəsi gün isə "Krasnodar”la (Rusiya) üz-üzə gələcək.
Fanat.Az