Həmyerlimiz Emil Balayev Qazaxıstanda uğurlu çıxışa davam edir.
Fanat.Az xəbər verir ki, "Tobol”un "çərçivə” qoruyucusu 540 dəqiqə qapısını toxunulmaz saxlamağı bacarıb.
Pavlodar təmsilçisi 540 dəqiqə - 6 çempionat oyununda qol buraxmayıb. Sonuncu dəfə mayın 1-də "Ordabası” ilə oyunun son saniyələrində Balayev topu tordan çıxarmalı olub.
Balayevin ən yaxın izləyicisi 310 dəqiqəlik göstərici ilə "Jetısu”nun qapıçısı Almat Bekbayevdi.
Fanat.Az