17:44 25.06.2019 2082

"Bir dəfə bara getdik, Qurban Qurbanov dərhal xəbər tutdu"

Mövsümün sonunda "Qarabağ"dan ayrılıb, ölkəsinin "Visla" (Plotsk) klubuna keçən polşalı müdafiəçi Yakub Jezniçak Polşanın "weszlo.com" saytına geniş müsahibə verib. Ağdam klubundakı karyerasını xatırlayan Qurban Qurbanov haqda da maraqlı fikirlər səsləndirib.
Müsahibəni ixtisarla təqdim edirik.

- Bakıda başınız dinc idi?
- Hə, orada demək olar ki, qeybət portalları yoxdur. Əlbəttə, sarışın olduğum üçün insanlar onlarla şəkil çəkdirməyimi xahiş edir, bəzən isə maşına yaxınlaşaraq, formamı onlara verməyimi istəyirdilər. Yəqin ki, ötən il Çempionlar Liqasının təsnifat mərhələsinin "Kukesi" ilə oyunundan sonra olanları siz də görmüsünüz. Azarkeşlər onlarla şəkil çəkdirməyim üçün çox israr etmişdilər. Təbii ki, hər şey qarşılıqlı hörmət əsasında olmuşdu. Məsələn, Bakıda hansısa paparatsi kamera ilə sizi izləyib, market və ya hovuzda şəklinizi çəkməyəcək. Hətta deyərdim ki, məşhurlar tətil vaxtı ora getsinlər. Çünki tam sakitlikdir. Heç kim onları narahat etməyəcək.

- Deməli, siz heç bir təhlükə olmadan şəhərə çıxa bilərsiniz və baş məşqçinin bundan xəbəri olmaz...
- Qurban Qurbanovun futbolçular üzərində ciddi nəzarəti var idi. Ona görə də bu barədə danışmasaq, yaxşıdır (gülür). "Qarabağ"da Mahir Mədətov adlı istedadlı futbolçu var. Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi. Baş məşqçi ona çox diqqət göstərirdi. Ancaq səhvi olanda da sərt şəkildə cəzalandırırdı. Mahir nəsə edəndə Qurbanovun mütləq bundan xəbəri olurdu. Ona görə də bir neçə dəfə gecəni bizimlə təlim-məşq bazasında keçirib.

- Baş məşqçi hər şeyə nəzarət etməyi xoşlayırdı?
- Bir dəfə ötən ilin yazında bara getmişdik. Dərhal  xəbəri olmuşdu. Yadımdadır, oyundan sonra bizə demişdi ki, gecə hamı evində olmalıdır. Şoka düşmüşdüm. Hələ bu harasıdır ki? Bir dəfə gecəyarı komanda istirahətdə olanda "Votsap"dakı qrupa yazmışdı ki, hamı hazırda olduğu yeri bura qeyd etsin. Hamımız gülüş işarəsi göndərdik. Bir qədər sonra isə hərə qrupa bir şəkil atdı: Gerye Haitidən, mən isə Varşavadan. Ancaq bu hadisə bircə dəfə oldu. Sonra biz böyük insanlar olduğumuzu və bu yanaşmanın bir az sərt olduğunu söylədik. Ümumiyyətlə, Qurbanov çılğın insanları sevmir. Həmişə deyirdi ki, sakit olun. Sən heç kimə qəzəblənə, ucadan qışqıra, kiminsə üzərinə gedə bilməzsən. Hətta bir dəfə oyunumu tribunadan izləyən dostlarım soruşmuşdular ki, sənə nə olub. Çünki artıq hakimin üstünə qaçmırdım, qərarları müzakirə etmirdim.

- Azərbaycanda cərimələrlə yanaşı, yaxşı bonuslar olduğunu bilirik. Mükafatlar necə verilirdi?
- Bilirsiniz, qələbə qazandığımız oyunlara görə əla mükafat alırdıq. Hərdən baş məşqçi bizi motivasiya edirdi. Məsələn, mükafat oyundan dərhal sonra yox, növbəti matça bir gün qalmış verilirdi. Qurbanov düşünürdü ki, bunun sayəsində biz meydana daha istəkli çıxacağıq.

- Bəs Azərbaycanda fan-klublar necədir?
- Rəqabət demək olar ki, yoxdur. Polşa ilə müqayisəyə belə gəlməz. Maraqlısı odur ki, "Neftçi" üzərində qələbədən sonra çılğın şəkildə sevinməyimiz baş məşqçinin xoşuna gəlmirdi. Çünki o, uzun illər həmin komandada çıxış edib.

- Premyer Liqada çıxış edən klubların yarıdan çoxu Bakını təmsil edir. Səhv etmirəmsə, ən uzaq səfəriniz Qəbələyə olurdu...
- Hə, Qəbələ dağların arasında kiçik bir şəhərdir. Ötən mövsüm "Kəpəz" də var idi. Amma bu komanda son mövsümdə Premyer Liqada çıxış etmədi. "Sumqayıt" Bakıdan elə də uzaq olmayan şəhəri təmsil edir. "Neftçi", "Səbail", "Zirə" də paytaxt klublarıdır. "Keşlə" Bakının mərkəzində yerləşir. Əslində yalnız Qəbələ real səfər sayılırdı.

- Özünüzü 300-500 nəfərin gəldiyi oyunlara motivasiya etmək çətin olmurdu?
- Liqaya uyğunlaşmaq çox çətin oldu. Ancaq avrokuboklarda  50 min nəfərin qarşısında oynayırdıq. Qışdan sonra isə azarkeşlər oyuna gəlmirdi. Sanki tətildə olurduq (gülür).

- "Qarabağ"dakı karyeranıza baxıram, çempionat oyunlarında elə də çox meydana çıxmamasınız...
- Ötən il də belə olmuşdu. Qış fasiləsindən sonra cəmi 2 oyunda meydana çıxmışdım. Bu, legioner limiti ilə bağlıdır. Meydançada 5 azərbaycanlı futbolçunun olması şərtdir. Onlar əsasən müdafiəçilər idi. Hücum xətti isə əsasən legionerlərdən qurulmuşdu. Aydın məsələdir ki, baş məşqçilər əsasən ön xətdə oyunu öz üzərinə götürə bilən futbolçulara üstünlük verirlər. "Qarabağ"dan ayırlmaq mənim üçün gözlənilməz olmadı. Çünki oynamırdım. Buna görə təəssüflənmirəm. Sona qədər gözlədim. Adətən mövsümün sonunda yeni müqavilə təklif edirdilər. Bu dəfə isə dedilər ki, başqa mərkəz müdafiəçisi gətirmək istəmirlər. Üç azərbaycanlı oyunçu ilə avrokuboklarda uğur qazanacaqlar. (Qol.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X