"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek karyerasını "Real"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, İspaniya və Hollandiya klubları arasında danışıqlar davam edir. Tərəflər hələlik razılığa gələ bilməyiblər. "Marca"nın məlumatına görə, "Ayaks" 65 milyon avro tələb etsə də, Madrid klubu 50 milyon avrodan artıq ödəmək niyyətində deyil.
Hollandiyalı futbolçunun transferi "Real"ın prioriteti deyil. "Kral klubu" ilk növbədə "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın keçidini həll etmək niyyətindədi. Bu, baş tutmayacağı təqdirdə "Real" diqqətini tamamilə van de Bekə yönəldəcək.
Fanat.Az