Musatafa Dənizli Təbrizin "Traktor” klubuna azərbaycanlı futbolçular transfer edə bilər.
Fanat.Az xəbər verir ki, türk mütəxəssis bu barədə "TRT Spor”a açıqlamasında deyib.
"Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı bildirib ki, Azərbaycandan iki futbolçu ilə maraqlanırlar: "Türkiyə Super Liqasından bir neçə oyunçu ilə maraqlanırıq. Həmçinin Azərbaycandan və İrandan iki futbolçu da maraq dairəmizdədi".
Fanat.Az