"Atletiko"dan ayrılan Dieqo Qodinin yeni klubu müəyyənləşib.
Fanat.Az xəbət verir ki, 33 yaşlı müdafiəçi "İnter"ə keçib. Bu barədə İtaliya klubunun saytı məlumat yayıb.
Azad agent statusuna malik 33 yaşlı müdafiəçi üçün transfer haqqı ödənilməyib. Qodin Milan klubu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2010-cu ildən Madrid klubunda çıxış edirdi. O, əvvəllər Uruqvayın "Serro", "Nasional" və İspaniyanın "Vilyarreal" klublarında çıxış edib.
Fanat.Az