Nigeriya millisinin üzvü Con Obi Mikel karyerasını "Trabzonspor"da davam etdirəcək.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.
Klub transferin baş tutmasındakı xidmətlərinə görə Türkiyə Xarici işlər nazirinin müavini Yavuz Selim Kırana, ölkənin Misirdəki baş kon sulu Ali Emre Özenə, baş konsulun müavini Kemal Feyizə və komandanın futbolçusu Oqenyi Onaziyə təşəkkür edib.
Türkiyə mediasının məlumatına görə, Mikel illik maaşı 1,5 milyon avro olacaq. Təcrübəli futbolçu "bordo-mavililər"ə azad agent statusu ilə keçib.
Qeyd edək ki, Obi Mikel 2006-2017-ci illərdə "Çelsi"də çıxış edib. Onun son klubu "Midlsbro" olub.
Fanat.Az