"Çelsi" 5 futbolçu ilə yollarını ayırdığını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçılar Robert Qrin ilə Eduardu Karvalyu, müdafiəçi Qari Kehil, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonzalo Hiquayndı.
Hiquayndən başqa digər 4 oyunçunun London təmsilçisi ilə müqaviləsi başa çatıb. Argentinalı forvadın isə icarə müddəti bitib. "Çelsi" onunla yeni müqavilə bağlamayıb və Hiquayn müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdıb.
Fanat.Az