"Qarabağ”ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi CONCACAF "Gold Cup”da yarımfinal oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, komanda Meksika yığması ilə qarşılaşıb. Görüşün əsas vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada hesabı açan Meksika yeganə qolla finala yüksəlib. Oyunun taleyini həll edən qola 93-cü dəqiqədə penaltidən Raul Ximnes imza atıb.
Start heyətdə meydana daxil olan Gerye 100-cü dəqiqədə Mikael Kantava ilə əvəzlənib.
Qeyd edək ki, Meksika finalda Yamayka - ABŞ cütünün qalibi ilə qarşılaşacaq.