"Ştutqart”ın idman direktoru Sven Mislintat "Qarabağ”a keçən Aylton Silva haqda danışıb.
Fanat.Az "Kicker”ə istinadən xəbər verir ki, Mislintat, Silvanın "Qarabağ”a nə üçün icarəyə verildiyinin səbəbini açıqlayıb:
"Ayltonun mövqeyindəki rəqabətli vəziyyətə görə onun bizimlə növbəti mövsümdə yalnız məşq edəcəyini düşündük. Buna görə də, hər iki tərəf üçün yaxşı olacaq yol tapmaq üçün çalışdıq. Ayltonu yaxından izləyəcəyik”.
Müqavilə ilə "Ştutqart”a məxsus olan Aylton Silva 2019/20 mövsümünü icarə əsasında "Qarabağ”da keçirəcək.
Fanat.Az