"Səbail"in
Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Universitatya
Krayova" klubunun baş məşqçisi Korneliu Papure komandasının mərhələ
adlamaq şanslarını dəyərləndirib.
Fanat.Az-ın yerli"DigiSport" nəşrinə istinadən məlumatına görə, rumın mütəxəssis belə deyib:
"Qarabağ" kimi güclü komanda ilə yoldaşlıq oyunu
keçirdik. Bilirsiniz ki, bu komanda Çempionlar Liqası və Avroliqanın qrupunda
oynayıb. "Səbail" haqda isə məlumatım yoxdur. Daha əvvəl
qarşılaşmamışıq. Ona görə də indidən nəsə deyə bilmərəm. Ancaq düşünürəm ki,
onları keçə bilərik".
Qeyd edək ki,"Səbail"lə "Universitatya
Krayova" arasında ilk oyun iyulun 11-də Bakıda "ASCO Arena"da
keçiriləcək və yerli vaxtla 20:00-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra
Rumıniyada olacaq.
Fanat.Az