UEFA Çempionlar Liqası ilə bağlı radikal qərar verməyə hazırlaşır.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, Avropa futbol qurumu turnirin yarımfinal mərhələsinə vəsiqə qazanan 4 kluba növbəti mövsüm mübarizəyə birbaşa qrup mərhələsindən qatılmaq hüququ verəcək.
Bununla bağlı UEFA-nın sentyabrın 11-də keçiriləcək konqresində qərar qəbul edəcək. Dəyişikliyi qurumun prezidenti Aleksandr Ceferin çox istəyir. Belə bir dəyişiklikdə "Ayaks"ın başına gələnlər xüsusi rol oynayıb. Amsterdam təmsilçisi Çempionlar Liqasında yarımfinal oynayıb, Hollandiya çemionu olub. Amma Hollandiya çempionu Çempionlar Liqasına birbaşa qrup mərhələsindən başlamadığı üçün "Ayaks" mübarizəyə III təsnifat mərhələsindən başlayacaq.
Fanat.Az