"Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Sperantsa" Moldova Kubokunda 1/4 final mərhələsinə yüksəlib.
Fanat.Az xəbər verir ki, 1/8 finalın cavab matçında səfərdə "Drokiya"nı 3:0 hesabı ilə məğlub edən Nisporeni təmsilçisi növbəti mərhələyə vəsiqə əldə edib. "Sperantsa" ilk oyunda da rəqibinə qalib gəlmişdi - 6:1.
Qeyd edək ki, "Neftçi" ilə "Sperantsa" arasında ilk oyun iyulun 11-də Moldovada olacaq və Bakı vaxtı ilə 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra paytaxtımızda keçiriləcək.
Fanat.Az