"Barselona"nın baş məşqçisi Ernesto Valverdenin komandada qalmasını istəmədiyi Samuel Umtitiyə təklif var.
Fanat.Az xəbər verir ki, PSJ Kataloniya klubunun satış siyahısına saldığı Fransa millisinin üzvünü heyətinə qatmaq istəyir. Fransalı həmkarlarımızın iddiasına görə, Paris klubu artıq "Barselona" ilə danışıqlara başlayıb və 60 milyon avro təklif edib.
Qeyd edək ki, 2016-cı ilin yayında "Lion"dan "Barselona"ya 25 milyon avroya transfer olunan Umtiti ötən mövsüm 15 oyuna çıxıb.
Fanat.Az