13:45 13.07.2019 2204

Admir Teli: "Ən böyük amil Qurban Qurbanovdu"

"Qarabağ"ın sabiq müdafiəçisi Admir Teli ölkəsi Albaniya mətbuatına müsahibə verib.
 
Fanat.Az xəbər verir ki, veteran futbolçu "Partizani" ilə oyunu dəyərləndirib, "Qarabağ"dakı günlərini xatırlayıb.

- "Partizani” – "Qarabağ” oyunu sizdə necə təəssürat yaratdı? Nəticə ədalətli oldu?
- Oyunu böyük maraqla izlədim. Düşünürəm ki, son dəqiqəyə qədər hər iki komanda açıq futbol sərgilədi. Düzünü demək lazımdısa, "Qarabağ"ın topa nəzarət edəcəyini proqnozlaşdırmışdım. Çünki Qurban Qurbanovun oyun üslubunu yaxşı bilirəm. Digər tərəfdən, yalnız ikinci hissənin əvvəllərində yaxşı oyun göstərən "Partizani”dən daha inamlı mübarizə gözləyirdim. Hesab edirəm ki, komanda özünə daha çox inanmalıdı.

- Matçdan əvvəl Qurban Qurbanovla danışmışdınız?
- Boş vaxtım olduğu üçün oyundan əvvəl baş məşqçi ilə görüşüb söhbət etdim. Onunla həm peşəkar, həm də insani baxımdan çox yaxşı münasibətlərim var. Bu da normaldı. Çünki 7 il birlikdə çalışmışıq və eyni hörməti saxlayırıq.

- Yəqin ki, "Partizani” haqda soruşub. Bilmədiyi hansısa məlumatı ona verdinizmi?
- Qurbanovla "Partizani” haqda danışmadıq. O, bu barədə heç nə soruşmadı. Çünki onun "Partizani” ilə bağlı ətraflı məlumat toplayan əla köməkçiləri var. Qurbanov özü də bilmədiyi bir şey barədə məlumat verməyimi gözləmirdi.

- Qolsuz bərabərliklə nəticələnən ilk oyundan sonra "Partizani”nin mərhələ adlamaq şansını necə dəyərləndirirsiniz?
- Mən "Partizani”nin şansını çətin görürəm. Çünki "Qarabağ” Bakıda daha güclü oynayır. Tiranada onların bir neçə ciddi itkisi var idi. Cavab matçında isə iki aparıcı oyunçusu qayıdacaq. Düşünürəm ki, bu amil "Partizani”nin işini daha da çətinləşdirəcək. Ancaq bu o demək deyil ki, "qırmızılar”ın şansı yoxdu. Onların fərdi keyfiyyətlərə malik oyunçuları var.

- "Partizani”nin Bakıda möcüzə reallaşdırmaq üçün nə etməlidi?
- Daha çox inanmalı və "Qarabağ”ın səhvlərindən maksimum yararlanmalıdılar. Tiranadakı oyunu təkrarlamamalıdılar. Oyunboyu müdafiədə oturmaq və rəqibi meydanın özünə aid hissəsində gözləmək lazım deyil. Belədə işin çox çətin olur.

- "Qarabağ”ın ev oyunu zamanı əsas üstünlüyü nədədi?
- Diqqət yetirin, "Qarabağ” 1-2 futbolçudan asılı komanda deyil. Onların gücü komanda oyunundadı. Son illərdə qazanılan uğurlar da bununla bağlıdı. Ən böyük amil isə baş məşqçidi. Bu komandada oynayan futbolçuların hamısı meydanda baş məşqçinin tapşırıqlarından kənara çıxa bilməz. Çox keyfiyyətli komandadı. Ancaq bir daha təkrar edirəm: əsas gücləri kollektiv oyun və baş məşqçi amilidi.

- "Partizani”nin Bakı Olimpiya Stadionunda deyil, daha kiçik "Dalğa Arena”da oynaması yaxşı haldımı?
- Məncə, bu amil "Partizani”nin xeyirinədi.

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

Facebookdan bizi izləməyi unutmayın.
X