"Qarabağ"la "Partizani" arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünə bütün təyinatlar açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı Moldovadan olan hakimlər briqadasına tapşırıb.
Görüşün baş hakimi Dumitru Muntyan olacaq. Ona Vladislav Lifçu və Andrey Bodyan kömək edəcək. Dördüncü hakim funksiyasını Aleksandru Tyan yerinə yetirəcək.
Matçın hakim-inspektoru şotlandiyalı Uilyam Yanq, UEFA nümayəndəsi ingiltərəli Maykl Foster olacaq.
Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlanacaq. Tiranadakı ilk oyun qolsuz yekunlaşıb.
Fanat.Az