Qazaxıstan Premyer Liqasında XVIII turun rəmzi komandası açıqlanıb.
Fanat.Az xəbər verir ki, "11-liy"ə Azərbaycan millisinin qapıçısı Emil Balayev də düşüb. "Tobol"da çıxış edən qolkiper "Ordabasi" ilə qarşılaşmada qapısının toxunulmazlığını qoruyaraq ən yaxşılar arasına düşüb. Kostanay təmsilçisinin səfərdən qolsuz bərabərliklə dönməsində 25 yaşlı qolkiperin rolu xüsusi vurğulanıb.
Emildən başqa "Tobol"dan heç kim rəmzi komandaya düşməyib.
Qeyd edək ki, 18 turdan sonra Premyer Liqaya "Tobol" başçılıq edir.
Fanat.Az