18:53 16.07.2019 1721

Qurban Qurbanov: “Sabah səbr də lazım olacaq”

"İlk oyunda rəqibi tanıdıq. Bizim üçün ciddi komandadı". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Ağdam klubu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah Albaniya çempionu "Partizani"ni qəbul edəcək.
 
Oyunöncəsi mətbuat konfransında Qurban fikrini bu sözlərlə davam etdirib: "Rəqibdə oyun nizam-intizamı yüksək səviyyədədi. Düzgün və aqressiv müdafiə olunurlar. Bu da bizə səfərdə çox çətinlik yaratdı. Əks-hücumu da yaxşı bacarırlar. Bizim üçün o qədər də uğurlu rəqib deyil. Amma belə rəqiblərə qarşı oynamışıq. Hər iki ölkənin çempionu qarşılaşır. Rəqibin açıqlamalarından da görünür ki, turu keçməyə istəklidilər. İstənilən halda ağır oyun olacaq. Çalışacağıq intizamlı oynayaq və azarkeşlərimizi sevindirək".
 
- "Qarabağ"ın son illər qrup mərhələsində oynaması hansı rolu oynayacaq?
- Bəli, təcrübəmiz var, bu üstünlükdü. Amma bəzən ardıcıl uğurlardan sonra uğursuzluq yaranır. Bundan narahat olmuşam. Buna görə də, komandamı həmişə yüksək səviyyədə hazırlamağa çalışmışam. Sabahkı oyunda səbr də lazım olacaq".

- Stadionun dəyişməsi oyununuza təsir etməyəcək?
- Bu mövzu haqda bəlkə də, ətraflı danışmaq olar. Son vaxtlar stadionumuzda normal oynaya bilmirik. Futbolçular mərkəzi arenada özlərini daha rahat hiss edirlər, həmçinin azarkeşlər. "Tofiq Bəhramov" bizim üçün üstünlükdü. Amma son illər uyğun olmayan hallar olub. Bu, bizə mənfi təsir göstərməklə yanaşı, rəqibə üstünlük qazandırır. Buna baxmayaraq, doğma Bakımızda hamımız oyuna özümüzü tam şəkildə hazır hiss etməliyik.

- Albaniya mətbuatında yazılanlara görə, rəqib penaltilər seriyasına hazırlaşır. Sizin belə bir hazırlığınız olubmu?
- Hər bir komanda belə hallara hazır olmalıdı. Futbolçularıma oyunun vacibliyini çatdırıram və sırf matça hazırlaşırıq. Hər bir məşqçinin də öz hazırlıq planı olur.

- Geryenin gedişi qalmaqallı mövzuya çevrildi. Əvvəlcə razılaşma əldə olunduğu deyiilsə də, məşqlərə gəlmədi...
- Klub tərəfindən bu haqda məlumat verilib. Gerye burdan getməmişdən sözdə razılaşmışdıq. Sonradan danışıqlarımız davam etdi, yenə razılaşdıq. Gəlmə vaxtını da müəyyənləşdirdik. Sonda dediyimiz müddətdə komandaya qoşulmadı. Nəticədə yollarımızı ayırdıq. Klub və öz adımdan ona uğurlar arzulayıram. Komandaya faydasını verdi, ona uğurlar arzulayıram.

- "Qarabağ"ın əsas transferləri arxa xətlə bağlıdı. Ön xətlə bağlı planlar necədi?
- Ön xəttə Romeronu gətirdik. Axtarışlarımız yenə davam edir. Daha bir futbolçu ilə danışıqlar gedirdi. O, sabah tibbi müayinədən keçəcək. Biz təkcə avrokuboku yox, çempionatı, həmçinin çempionatdakı limiti, oyunçular verməyə çalışdığımız milli komandanı da nəzərə almalıyıq. İstədiyimiz oyunçuları dəvət etmək çətindi. Ümumi götürsək, say azlığı olmur. Hər mövqedə iki oyunçu olduğunu nəzərə alsaq, heç də az deyil. Rəqabətin olması yaxşıdı. Məncə, son anlaşdığımız oyunçudan sonra kifayət edər.

- Ailton Silvanın hazırkı durumu nə yerdədi?
- Silva hələ tam optimal formasında deyil. Amma oynamaq ehtimalı var. Sabah səhər son məşqimiz olacaq. Konkret qərarı o zaman verəcəyik. Məşqçilərlə məsləhətləşdikdən sonra qərarımızı verəcəyik.

- İlk oyunla müqayisədə start heyətində dəyişiklik gözlənilir?
- Ola bilər. Qərar sabah səhər veriləcək. (Matc.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X