"Ayaks”ın müdafiəçisi Mattis de Liqt Turinə gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə "Yuventus”un rəsmi "Twitter” səhifəsi yazıb.
Bu gün futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, holland futbolçu Turin klubu ilə 5 illik müqavilə imzalayacaq.
De Liqt "Yuventus”un tarixində ən bahalı müdafiəçi olacaq. Belə ki, keçid 75 milyon avroya razılaşdırılacaq. O, həmçinin, İtaliya A Seriyasının ən yüksəködənişli (ilinə 12 milyon avro) müdafiəçisi olacaq.