"Bavariya" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi Almaniyanın gənclərdən ibarət yığmasının və "Ştutqart"ın üzvü Leon Dayakunu transfer edib. 18 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Almaniya mətbuatının məlumatına görə, "Bavariya" bu transferə görə "Ştutqart"a 1.5 milyon avro ödəyib.
Qeyd edək ki, "Ştutqart”ın yetirməsi olan Dayaku ötən mövsüm əsas komandada 2 oyuna çıxıb.
Fanat.Az