Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə növbəti mərhələyə yüksələn daha 10 klubun adına aydınlıq gəlib. Qazaxıstan "Astana”sı Rumıniyanın "ÇFR Kluj” klubunun qonağı olub. İlk oyunda rəqibi üzərində minimal hesablı qələbə qazanan Roman Qriqorçukun yetirmələri, cavab görüşündə bu nəticəni qorumağa çalışsa da, istəyinə nail ola bilməyib və ÇL-dən kənarda qalıb.
Azərbaycanın turnirdə yeganə təmsilçisi olan "Qarabağ” da Albaniyanın "Partizani” klubu ilə cavab oyununa çıxıb. "Dalğa Arena”da oynanılan qarşılaşmada inamlı qələbə qazanan təmsilçimiz növbəti mərhələyə yüksəlib.
"Qarabağ” 2-ci təsnifat mərhələsində "Riqa” (Latviya) – "Dandalk” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaqdı. Bu komandalar cütün taleyinə penaltilər seriyasında aydınlıq gətiriblər. Daha dəqiq oynayan İrlandiya çempionu Ağdam klubuna rəqib olub.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunları
17 iyul
Riqa (Litva) – Dandalk (İrlandiya) 0:0 (penaltilər 4:5)
İlk oyun – 0:0
AİK (İsveç) – Ararat (Ermənistan) 3:1
Qol: Qoytom, 47; 52. Larsson, 62-pen – Kobyalko, 77.
İlk oyun – 1:2
Qarabağ (Azərbaycan) – Partizani (Albaniya) 2:0
Qol: Ozobiç, 51. Kintana, 90+4.
İlk oyun – 0:0
Rusenborq (Norveç) – Linfild (Şimali İrlandiya) 4:0
Qol: Konradsen, 20; 51. Akintola, 69. Helland, 85.
İlk oyun 0:2
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarstan) 2:3
Qol: Terziyev, 24. Heyster, 69-öz qapısına – Xaratin, 17. Skvarka, 21. Nquen, 48.
İlk oyun – 1:2
ÇFR Kluj (Rumıniya) – Astana (Qazaxıstan) 3:1
Qol: Omrani, 10; 73. Postnikov, 26-öz qapısına – Murtazayev, 4.
İlk oyun – 0:1
Pyast (Polşa) – BATE (Belarus) 1:2
Qol: Çervinski, 21 – Moukam, 82. Volkov, 87.
İlk oyun – 1:1
Maribor (Sloveniya) – Valyur (İslandiya) 2:0
Qol: Kronaveter, 11. Tavares, 32.
İlk oyun – 3:0
Sutyeska (Monteneqro) – Slovan (Slovakiya) 1:1 (penaltilər 3:2)
Qol: Sofranats, 90+3 – Sporar, 49.
İlk oyun – 1:1
Seltik (Şotlandiya) – Sarayevo (Bosniya və Herseqovina) 2:1
Qol: Kristie, 26. Makqreqor, 75 – Tatar, 62.
İlk oyun – 3:1
Fanat.Az