"Barselona" bu həftə heyətinə cəlb etdiyi Mark Kukurelyanı icarəyə göndərib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi gələn ilin yayına qədər "Xetafe"də çıxış edəcək.
Madrid klubunun 2020-ci ilin yayında Kukurelyanın transfer hüquqnu almaq haqqı var. 20 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Eybar"da keçirmişdi.
Qeyd edək ki, "Barselona"nın Mark Kukurelyanı "Eybar"dan 4 milyon avroya alıb.
Fanat.Az