İtaliyanın "Udineze” klubu heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi "Real”ın hücumçusu Kristo Qonzalesin icarəyə götürüb. 21 yaşlı forvard 1 il "Udineze"də çıxış edəcək.
Qeyd edək ki, "Real" Qonzalesi 2017-ci ildə "Tenerife"dən 750 min avroya alıb. O, son iki mövsümdə "Real"ın ikinci komandası olan "Real Kastilya"da çıxış edib (76 oyun, 33 qol, 20 məhsuldar ötürmə).
Fanat.Az