"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Dundalk"ın İrlandiya çempionatının XXVI turundakı oyunu təxirə salınıb.
Fanat.Az xəbər verir ki, Dundalk təmsilçisinin "Sent Patriks Atletiks"lə matçı Ağdam klubu ilə oyunlara daha yaxşı hazırlaşması üçün başqa vaxta keçirilib. Görüş iyulun 26-da keçirilməli idi.
Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında ilk oyun iyulun 24-də İrlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22.45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq və yerli vaxtla 21.00-da start götürəcək.
Fanat.Az