UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə edib.
Fanat.Az xəbər verir ki, bua səbəb İstanbul klubunun "Maliyyə Feyr-Playı qaydaları"nı pozması olub.
Klubların maliyyə vəziyyətlərinə nəzarət üzrə Məhkəmə Palatası (CFCB) "Fənərbaxça"nın 2018-ci ilin hesabat dövründə UEFA-nın tələblərinə əməl etməməsinə qərar verib.
Bundan başqa müsbət maliyyə balansı olmayacağı təqdirdə "Fənərbaxça"nın 2020/21 və 2021/22 mövsümündə UEFA klub turnirlərində yeni oyunçuların qeydiyyatı məhdudlaşdırılacaq. Eyni zamanda kluba yuxarıda göstərilən mövsümlərdə turnirlərdə 23-dən çox futbolçu qeydiyyata almaq məhdudiyyəti şamil ediləcək.
Fanat.Az