Beynəlxalq Çempionlar Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun keçirilib. Günün qarşılaşmasında "Yuventus”la "Tottenhem” üz-üzə gəlib və ingilislər 3:2 hesablı qələbə qazanıb.
"Tottenhem"in heyətində Erik Lamela, Lukas və Harri Keyn fərqlənib. "Yuventus"un qollarına isə Qonzalo Hiquayn və Kriştiano Ronaldo imza atıb. Keyn meydann mərkəzindən vurduğu möhtəşəm qolla "Tottenhem"ə qələbə qazandırıb.
Qeyd edək ki, 13 komandanın iştirak etdiyi Beynəlxalq Çempionlar Kubokunda turnir cədvəlinə 6 xalla "Arsenal" başçılıq edir.
Fanat.Az