"Barselona" kapitanı Lionel Messinin daha uzun müddət komandada qalmasını istəyir.
Fanat.Az-ın məlumatına görə, rəhbərlik bununla bağlı fəaliyyətə başlayıb.
Belə ki, klub Leoya yeni 2 illik müqavilə təklif edib. Hazırda istirahətdə olan 32 yaşlı superulduz komandaya döndükdən sonra danışıq baş tutacaq. Tərəflər ortaq məxrəcə gəlsələr, Messi 2023-cü ilin yayınadək "Barsa"da top qovacaq.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandada çıxış edir.
Fanat.Az