İyulun 24-də Qəbələyə gələcək "Dinamo” Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk oyununda dəstəksiz qalmayacaq.
Fanat.Az xəbər verir ki, Gürcüstan komandasını Azərbaycan təmsilçisi ilə səfər matçında 40-50 fanatın dəstəkləyəcəyi gözlənilir. Qəbələyə avtobusla gələcək tərəfdarlar arasında beynəlxalq matçlarda təxribatçı davranışlarıyla diqqət çəkən xuliqanlar da olacaq.
Düzdü, matç ərəfəsində Azərbaycana yollanacaq azarkeşlərə təxribata yol verməmək barədə xəbərdarlıq edilib. Ancaq iki ölkə sərhəddində baş verən məlum olayın ardından hər hansı xoşagəlməz olayın yaşanması mümkündü.
Qeyd edək ki, bir qrup erməni və gürcülərdən ibarət fanat dəstəsi daha öncə Bakıda Qaxı Gürcüstana qatmaq arzusunu dilə gətirib, siyasi qalmaqala səbəb olub.
Fanat.Az