Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk görüşlərinə start veriləcək.
Fanat.Az xəbər verir ki, birinci oyun günündə 5 görüş keçiriləcək.
Bunlardan sonuncusu - Monteneqroda "Sutyeska" və Cənubi Kipr APOEL-i arasında keçiriləcək matç daha çox diqqət mərkəzində olacaq. "Qarabağ" İrlandiya "Dandolk"unu üstələyəcəyi halda, məhz bu cütün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisinin görüşü iyulun 24-də olacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
23 iyul
21.00 Viktoriya (Plzen, Çexiya) - Olimpiakos (Yunanıstan)
21.30 Saburtalo (Gürcüstan) - Dinamo (Zaqreb, Xorvatiya)
22.00 PSV (Holllandiya) - Bazel (İsveçrə)
22.00 TNS (Uels) - Kopenhagen (Danimarka)
23.15 Sutyeska (Monteneqro) - APOEL (Cənubi Kipr)
Qeyd edək ki, daha 7 oyun iyulun 24-də olacaq. Cavab görüşləri isə 30-31 iyulda keçiriləcək.
Fanat.Az