Ronaldonun qolu "Yuventus"u məğlubiyyətdən xilas etdi - VİDEO
Beynəlxalq Çempionlar Kubokunda bu gün daha bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha bir oyun baş tutub. İtaliya A Seriyasının iki təmsilçisi - "Yuventus"la "İnter" qarşılaşıb.
Görüşün 10-cu dəqiqəsində Turin klubu yeni transferi Matteis de Liqtin avtoqolu ilə hesabda geri düşüb. Ancaq 68-ci dəqiqədə Kriştiano Ronaldo tarazlığı bərpa edib - 1:1. Matçın əsas vaxtı heç-heçə bitdiyindən birbaşa 11 metrlik cərimə zərbələrinə keçilib. Penaltilər seriyasında daha dəqiq oynayan (4:3) "Yuventus" rəqibinə qalib gəlib (4:3).