120 milyon avroya "Atletiko"dan "Barselona"ya transfer olunan Antoine Qrizmann Kataloniya klubunun lideri Lionel Messidən təbrik almayıb.
Fanat.Az xəbər verir ki, bu barədə fransalı ulduz özü məlumat verib.
"Messi hələ mənə zəng edib, "xoş gəldin" deməyib. Amma Luis Suares təbrik etdi və xoşgəldin dedi. Futbolçulardan isti münasibət gördüm" deyə Qrizmann bildirib.
Qeyd edək ki, Qrizmann iyulun 14-də "Barselona"ya transfer olunub.
Fanat.Az