2019-cu ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalistlərə Gənclər və İdman naziri Azad Rəhimov məlumat verib.
Hazir bildirib ki, Qran-pri iyunun 7-də keçiriləcək: "Hələ "Formula 1"in yeni təqvimi açıqlanmayıb. Amma böyük ehtimalla, 5 - 7 iyun tarixləri təsdiqlənəcək".
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi son 3 ildə aprelin ortalarında keçirilib.
Fanat.Az