"Atletiko" "Real"ı darmadağın etdi: 10 qol - VİDEO
Beynəlxalq Çempionlar Kuboku davam edir.
Fanat.Az xəbər verir ki, bu gecə ABŞ-ın İst-Ruterford şəhərinin "Metlayf" stadionunda iki Madrid klubu - "Atletiko" və "Real"ı üz-üzə gəlib.
Matç "Atletiko"nun 7:3 hesablı qələbəsi ilə başa çatıb. Oyunu 57 min tamaşaçı izləyib. Görüşü amerikalı hakim Ted Ankel idarə edib. Qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açan "Atletiko"nun forvardı Dieqo Kosta 4 qol vuraraq poker edib və 65-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. "Real"dan isə Dani Karvahal meydandan qovulub.