Rusiya Premyer Liqasında III tura start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış oyununda millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu "Dinamo" doğma meydanda "Ural"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.
Ramil Şeydayev start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 31-ci dəqiqədə Pançenkonun vurduğu qolun ötürməsini verib.
Qeyd edək ki, bu mövsüm ilk qələbə ilə xalını 4-ə yüksəldən Moskva təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu mövsüm ilk məğlubiyyətini görən "Ural" isə 6 xalla 2-cidi.
Fanat.Az