Meydanda dəhşət anları: Məşhur futbolçunun ayağı qırıldı - VİDEO
Braziliyanın "Flamenqo" klubunun yarımmüdafiəçisi Dieqo Ribasın ayağı qırılıb.
Fanat.Az xəbər verir ki, hadisə Libertadores Kubokunun "Emelek"lə (Ekvador) oyununda baş verib. Qarşılaşmanın 70-ci dəqiqədə ikili mübarizə zamanı Ribasın ayağı qırrılıb
34 yaşllı futbolçu ən azı bir mövsüm oynamayacaq. Onun karyerasını başa vuracağı ehtimalı da var.
Qeyd edək ki, Ribas "Portu", "Verder", "Yuventus", "Volfsburq", "Atletiko" (Madrid) və "Fənərbaxça" kimi klublarda çıxış edib.