"Qalatasaray" "Monako"nun hücumçusu Radamel Falkaonun transferini yekunlaşdırır.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq İstanbul klubu kolumbiyalı ulduzla anlaşıb. "Cim-Bom" forvardla 3 illik müqavilə imzalayacaq.
"Qalatasaray" 33 yaşlı futbolçunun özü ilə anlaşsa da, "Monako" ilə danışıqlar hələ yekunlaşmayıb. Klublar transfer haqqını müzakirə edir.
Fanat.Az