Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi Qazaxıstanın "Tobol” klubunun rəhbərliyi radikal qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi bütün futbolçu və məşqçilərin maaşlarını azaldıb. Buna səbəb komandanın Avropa Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırması olub.
"Tobol"un direktoru Nikolay Panin açıqlamasında oyunçuların bu qərarla razılaşdığını bildirib.
Fanat.Az