FIFA 2019-cu ilin ən yaxşı qadın futbolçusu adına namizədləri açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 12 futbolçu yer alıb.
Lusi Bronz (Lion, İngiltərə)
Culi Erts (Çikaqo Red Stars, ABŞ)
Karoline Qraam (Volfsburq-Barselona, Norveç)
Ada Heqerberq (Lion, Norveç)
Amandin Anri (Lion, Fransa)
Sam Kerr (Çikaqo Red Stars-Pert Qlori, Avstraliya)
Roz Lavell (Vaşinqton Spirit, ABŞ)
Vivian Miedema (Arsenal, Hollandiya)
Aleks Morqan (Orlando Pride, ABŞ)
Meqan Rapinoe (Reyc, ABŞ)
Vendi Renard (Lion, Fransa)
Ellen Vayt (Birmingem-Mançester Siti, İngiltərə)
İlin futbolçusunu azarkeşlər FIFA-nın saytındakı sorğu əsasında müəyyənləşdirəcək. Qalibin adı 23 sentyabrda, Milanda keçiriləcək tədbirdə açıqlanacaq.
Qeyd edək ki, mötərəzədə futbolçuların oynadıqları klub və milli komanda göztərilib.
Fanat.Az