Cənubi Kiprin APOEL klubu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ”la oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, baş məşqçi Paolo Trametsani heyətə 25 futbolçunun adını daxil edib. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi və 6-sı hücumçudu. 25 ftbolçudan 17-si legionerdi.
Qapıçılar: 12. Dimitris Priniotaki, 27. Vid Belets (Sloveniya), 99. Boy Vaterman (Hollandiya)
Müdafiəçilər: Kevin Lyafrans (Fransa), 23. Joaozinyo (Portuqaliya), 29. Praksitelis Vuros (Yunanıstan), 30. Qiorqos Merkis, 34. Lukas Kaloqiru, 44. Nkolas Yannu, 90. Vuyadin Saviç (Fransa), 91. Draqan Mixayloviç (İsveçrə)
Yarımmüdafiəçilər: 6. Savvas Qendzoqlu (Yunanıstan), 8. Lukas Souza (Portuqaliya), 10. Tomas De Vinsenti (İtaliya), 14. Uroş Matiç (Makedoniya), 33. Antres Makris, 35. Paris Polikarpu, 46. Statis Aloneftis, 95. Alef dos Santos Saldanya (Braziliya)
Hücumçular: Linus Hallenius (İsveç), 11. Musa Süleyman (İordaniya), 29. Andriya Pavloviç (Serbiya), Minas Antoniu, 70. Antonio Yakoliş (Xorvatiya), 89. Roman Bezyak (Sloveniya)
Baş məşqçi: Paolo Trametsani
Qeyd edək ki, "Qarabağ” və APOEL arasında ilk oyun avqustun 6-da Nikosiyadakı GPS stadionunda, cavab görüşü ayın 13-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Birinci matç Bakı vaxtı ilə saat 21.00-da, cavab qarşılaşması yarım saat tez start götürəcək.
Fanat.Az